Göyçayda yıxılaraq başından travma alan şagird ölüb


12:16     15 Dekabr 2019 19_12_15_1576397830.jpg

Göyçay rayonunda yeniyetmə qız bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Göyçay şəhərində qeydə alınıb.

Rayon sakini, 2005-ci il təvəllüdlü Məsumə Qasımova yaşadığı evin həyətində oynayarkən yıxılıb və başından travma alıb. M.Qasımova koma vəziyyətində Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, M.Qasımova Göyçay şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 585