Cəlilabadda yol qəzası olub, xəsarət alan var


13:27     15 Dekabr 2019 1435647762_baki-quba-yolunda-avtomobil-qezasi-bash-verib2.jpg

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə rayonun Babalı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Fərid Camal oğlu xəsarət alıb.

Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 531