Yük maşını qəzaya uğrayıb, Rusiya vətəndaşı ağır xəsarət alıb


17:57     15 Dekabr 2019 qeza_yeni.jpg

Qubada yük maşını qəzaya uğrayıb.

Femida.az-ın verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Yük maşını yolun dairəvi hissəsinə çırpılıb. Qəza nəticəsində yük maşınının sürücüsü 35 yaşlı Rusiya vətəndaşı Aliyev Artur Aliyeviç xəsarət alıb. Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən sürücüyə kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu qoyulub, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 519