Daha bir qəza Kürdəmirdə - Xəsarət alan var


18:34     15 Dekabr 2019 dereye%20asib.jpg

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Axtaçı kənd sakini “Mercedes” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəzarətdən çıxan avtomobil yol kənarındakı gölməçəyə düşüb.

Sürücü yüngül xəsarət alsa da, avtomobilə ciddi ziyan dəyib. Fakt araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 627