Sərxoş sürücünün vurduğu piyada öldü - YENİLƏNDİ


10:45     16 Dekabr 2019 astarada-piyadan-vurub-ldrdlr_1.jpeg

Ötən gün Şəmkirdə avtomobillə vurulan piyada, 1967-ci il təvəllüdlü Rüstəmov Cəmaləddin Hidayət oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanda dünyasını dəyişib.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Şəmkir- Düyərli yolunun 8-ci kilometrliyində qeydə alınıb.

Rayonun Dəllər-Çırdaxan kənd sakini, 1965-ci il təvəllüdlü Həsənov Qara Abdulla oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ 2107" markalı 57 BK 322 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən Cəmaləddin Rüstəmovu vuraraq hadisə yerindən qaçıb.


***

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Femida.az-ın məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Yolu keçmək istəyən təxminən 50-60 yaşında olan kişini hələlik markası müəyyən edilməmiş avtomobil vuraraq hadisə yerindən yayınıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Piyadanın vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Piyadanın kimliyi dəqiqləşdirilir. Sürücünün tapılması istiqamətində əməliyyat axtarışlarına başlanılıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 624