Bakıda təcili yardım maşını qəzaya düşdü


20:58     15 Dekabr 2019 2019/12/926A605A-E002-4E1B-839B-B0476180B720_1576432734.jpeg

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az APA-ya istinadən xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) məxsus “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi xəstə apararkən geriyə dönmə əməliyyatı edib. Bu zaman həmin istiqamətdə yüksək sürətlə gələn “Mercedes” markalı minik avtomobili ona çırpılıb. TTTYX-yə məxsus avtomobildən xəstə çıxarılaraq başqa bir “Ambulans”la xəstəxanaya aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 541