Bakının mərkəzində qəza baş verib (VİDEO)
09:32 16 Dekabr 2019
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib
Femida.az xəbər verir ki, “Azneft” dairəsində yol-hərəkəti qaydalarını pozan “VAZ 2107” markalı avtomobil “Opel"ə markalı avtomobilə çırpılıb.
“Opel"in sürücüsü Vahid Ələkbərovun APA-ya verdiyi məlumata görə, o, idarə etdiyi avtomobillə hərəkətdə olan zaman iki “VAZ 2107” markalı avtomobil avtoxuliqanlıq edərək onun qarşısını kəsib. Sürücü V.Ələkbərov bununla bağlı Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etdiyini deyib.
Səbail Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşlarının keçirdiyi tədbir zamanı “VAZ 2107” markalı avtomobili idarə edən Nuru adlı şəxs saxlanılıb. O, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb. Hər iki sürücünün izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 544
Oxşar xəbərlər
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- İbrahim Tatlısəs yol qəzasına düşüb
- Bakıda ər-arvad yol qəzasında ölüb
- Goranboyda ağır yol qəzasında iki nəfər ölüb
- Tovuzda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Salyanda yol qəzasında xəsarət alan şəxslər xəstənada ölüb
- Xaçmazda yol qəzası olub, ölən var