Lənkəranda həkimin evindən 80 min manat oğurlanıb


10:56     16 Dekabr 2019 19_12_16_1576479449.jpg

Lənkəranda həkimin mənzildən oğurluq edilib.


Femida.az -ın məlumatına görə, hadisə rayonun Veravul kəndində qeydə alınıb.

Həmin kənddə yaşayan Lənkəran Mərkəzi rayon Xəstəxanasının həkimi Adil Əzimovun mənzilinə naməlum şəxslər basqın edib. Onlar həkimin evindən 45 min dollar və 3500 manat dəyərində qızıl-zinət əşyaları götürüblər. Ümumilikdə A. Əzimova 80 min manat ziyan vurulub.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 700