Bakıda yüksək vəzifəli məmur özünü öldürdü


11:06     16 Dekabr 2019 2019/12/15764789123127996025df728c06862f_1576480094.jpg

Bakıda 34 yaşlı kişi intihar edib.


Nərimanov rayon Prokurorluğundan Femida.az-a verilən məlumatına görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirə salınmaz istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddin çatdırma) maddəsi cinayət işi başlanıb. İş üzrə zəruri istintaq -əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, intihar edən şəxs Nərimanov rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər: #İntihar  

Oxunub: 1621