Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış oldu


11:19     16 Dekabr 2019 partlayis%20yangin.jpg

Lökbatanda Qaradağ Rayon İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.


Səhiyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, partlayışın baş verməsi barədə məlumat təcili yardıma saat 10:14-də daxil olub. Hadisə yerinə 3 təcili yardım briqadası göndərilib:

"Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər. Qadın sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib".

Femida.az

Açar sözlər: #Bakı   #Partlayış  

Oxunub: 413