Vəkillərimiz beynəlxalq konfransda iştirak edib


11:52     16 Dekabr 2019 2019/12/vekilller-kole_1576482897.jpg

Bu yaxınlarda Qazaxıstan Respublikasının paytaxtı Nursultan şəhərində Qazaxıstan Vəkillər Kollegiyası, ATƏT və Hüquq Siyasətinin Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “Müdafiə hüquq və çəkişmənin Qazaxıstanda səmərəli həyata keçirilməsi” mövzusunda Qazaxıstan vəkillərinin 4-cü forumu keçirilib.


Femida.az xəbər verir ki, forumda “Məhkəmə çəkişməsi və cinayət prosesində tərəflərin bərabərliyi: illüziya və reallıq”, “Yeni cinayət-prosessual institutların müdafiənin və keyfiyyətli hüquqi yardım fəaliyyətinin səmərəliliyinə təsiri” mövzularında panellər təşkil olumuş, mövzular ətrafında məruzələr dinlənilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından tədbirə vəkillər Rəna Məmmədova və Gülşən Salmanova iştirak ediblər. Daha sonra Gülşən Salmanova tərəfindən ölkəmizdə cinayət prosesində vəkillərin iştirakı praktikası, müdafiə işinin təşkilinin xüsusiyyətləri və son dönəmlər respublikamızda vəkillik sahəsində aparılan islahatlar barədə çıxış edilib.

Açar sözlər:

Oxunub: 531


Oxşar xəbərlər