Keçmiş məhkum metroda cibgirlik edib


18:50     16 Dekabr 2019 19_12_16_1576502670.jpg

Dekabrın 15-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Beyləqan rayon sakini A.Allahyarzadə metronun “28 May” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunan E.Hümmətov polis əməkdaşları tərəfindən saxlanılıb.

Açar sözlər:

Oxunub: 441