Ukrayna Prezidenti Azərbaycana rəsmi səfərə gəlib


19:34     16 Dekabr 2019 2019/12/e7df5572-d6a5-4681-b20c-befe6fe64e94_1576510576.jpg


Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.


Femida.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin Birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Femida.az

Açar sözlər: #Ukrayna   #Zelenski  

Oxunub: 466