Abşeronda minik avtomobilləri toqquşub, ərazidə tıxac yaranıb


09:26     17 Dekabr 2019 1445324099_1426745751_bakinin-boyuk-tixac-yaranib-cenubnews.jpg

Abşeron rayonunda yol qəzası baş verib.

Femida.az "Report"-a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Heydər Əliyev prospektində "Opel zafira" markalı avtomobil qarşıdan gələn "Opel vectra" markalı minik avtomobilinin yoluna çıxıb. Nəticədə "Opel zafira" yoldan çıxaraq, "Azərişıq" ASC-nin Komplekt Transformator Məntəqəsinin (KTM) qoruyucu hasarına çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə xeyli ziyan dəyib.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a bildirib ki, qəza həmin ərazinin elektrik enerjisi təchizatında heç bir problem yaratmayıb:

"Ərazidə KTM yenicə quraşdırılıb və təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq gərginlik olan ərazi dəmir barmaqlıqlarla hasarlanıb. Bu səbədən də qəzaya uğrayan avtomobil yalnız hasara çırpılaraq dayanıb. Hazırda ərazidə adi günlərdə olduğu kimi elektrik enerjisi təchizatı davam etdirilir", - deyə Tanrıverdi Mustafayev əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 521