Sumqayıtda ağır qəza: Ölənlər var


09:46     17 Dekabr 2019 2019/12/1576559929833_DgbMMO1t_1576561724.jpg

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən qəza ilə bağlı məlumat yayıb.



Femida.az -ın nazirliyin saytına istinadən xəbərinə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində "Shacman" markalı yük avtomobili yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sürücü 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlunun və sərnişin 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az



Açar sözlər:

Oxunub: 511