Bakı Şəhər Baş Polis İdarəsi sürücü və piyadalara çağırış etdi


10:41     17 Dekabr 2019 19_12_17_1576564866.jpg


Bakı Şəhər Baş Polis İdarəsi sürücü və piyadalara müraciət edib. Femida.az xəbər verir ki, idarə vətəndaşları qanunlara əməl etməyə çağırıb.

"Paytaxtın yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təminatı, ləngimələri yaradan hallar üzrə müşahidə olunan inzibati xətaların aradan qaldırılması diqqət mərkəzindədir.

Avtomobilləşmənin sürətlə inkişaf etdiyi dövrdə təhlükəsizliyin əsas şərti yol mədəniyyəti – sürücü, piyada məsuliyyətidir.

Hər bir şəxs qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməlidir. Qanunlara əməl etmək əməl etməməkdən daha asan olmaqla insan həyatının təhlükəsizliyinə zəmanət verir".





Femida.az

Açar sözlər: #yol   #polis   #Bakı  

Oxunub: 815