Fikrət Məmmədov Naftalanda vətəndaşları qəbul edəcək


11:03     17 Dekabr 2019 19_12_17_1576566334.jpg


Ədliyyə naziri Naftalanda vətəndaşları qəbul edəcək.


Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 20-də Naftalan şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Femida.az xəbər verir ki, Naftalan şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 1) keçiriləcək qəbulda Naftalan şəhərində, Goranboy və Tərtər rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Naftalan şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

Femida.az

Açar sözlər: #FikrətMəmmədov   #ədliyyə   #qəbul   #vətəndaş   #femida  

Oxunub: 1849