Evdən 22 minlik oğurluq etdi


11:38     17 Dekabr 2019 2019/12/ogru123_1576568498.jpg

Xaçmazın Qaraqurdlu kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 21625 manat dəyərində məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Femida.az xəbər verir ki, araşdırmalarla onun Tofik Şeydayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs evə qanunsuz daxil olaraq oradan zərərçəkmişə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi qənimətlərin bir hissəsinin Bakı şəhərində dəyərindən ucuz qiymətə satan T.Şeydayev əldə etdiyi pulları xərclədiyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 761