Jurnalist adı ilə dələduzluq edən şəxslər saxlanıldı - Aralarında qadın da var
12:40 17 Dekabr 2019
Qazax rayonunda dələduzluq edən şəxslər saxlanılıblar.
Bu barədə Femida.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinə müraciət edən bir qrup rayon sakini, ərizələrində daha əvvəl tanımadıqları bir neçə nəfərin özlərini jurnalist kimi təqdim edib, övladları barədə “Çağdaş Təhsil” jurnalında məqalə və şəkil dərc etdirəcəklərini vəd edərək onlardan müxtəlif məbləğlərdə pul aldıqlarını bildiriblər.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri - 27 yaşlı Pərviz Fərəcov, 28 yaşlı Davud Fərəcov, Hacıqabul rayon sakini, 39 yaşlı Samirə Talıbova və Tərtər rayon sakini, 28 yaşlı Kənan Hümbətov saxlanılıb. İstintaq yolu ilə müəyyən edilib ki, saxlanılan şəxslərin işinə adı çəkilən jurnal rəhbərliyi tərəfindən bir müddət əvvəl son verilib. Lakin buna baxmayaraq, onlar, özlərini “Ziyalılar” ictimai-siyasi qəzetinin əməkdaşı kimi təqdim edərək əməllərini davam etdiriblər.
Dindirilmə zamanı onlar, törətdikləri cinayət əməlini etiraf ediblər və qeyd ediblər ki, rayon ərazisində kirayədə yaşamaqla müxtəlif vaxtlarda, ümumilikdə, 54 sakin ilə saxta müqavilə bağlayaraq onlardan 20, 50, 70 manat məbləğində pul alıblar.
Qeyd edək ki, bu şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirak etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, və ya Qazax RPŞ-nə müraciət edə bilərlər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 535
Oxşar xəbərlər
- Jurnalist Oğuz Altayın vəfatından 1 il keçir
- Jurnalist Araz Zeynalov vəfat edib
- Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcək
- Jurnalist Əfqan Sadıqov əfv edilib
- Jurnalist Aytən Məmmədovaya hücumla bağlı cinayət işi başlanılıb
- Jurnalist vəsiqəsinin formasının ilkin layihəsi artıq hazırlanıb
- Jurnalistlərə təhlükəli bölgələrdə fəaliyyət barədə treyninq keçirilib
- Jurnalistlər Ermənistan parlamentində etiraz təşkil ediblər
- Jurnalist olmaq istəyən 760 abituriyent qabiliyyət imtahanı verəcək
- Jurnalistlər üçün SMM təlimi keçiriləcək