Bakıda qadının pulla dolu çantası oğurlandı


12:55     17 Dekabr 2019 2019/12/canta-ogurluq_1576573188.jpg

Bakıda qadının çantasını oğurlayan şəxs saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan R.Namazovun ətrafında Bakı Şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini V.İsmayılovanın içərisində 1500 manat olan pulqabısını oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 616