Başqasının yerinə imtahana girənlərlə bağlı - Konstitusiya Məhkəməsinin iclasından VİDEO


13:26     17 Dekabr 2019 19_12_17_1576574857.jpg


10 dekabr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum iclası keçirilib.


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev və Azərbaycan Respublikası Milli Məclisi Aparatının sektor müdiri Eldar Əsgərovun, mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxıb.



Femida.az

Açar sözlər: #konstitusiya   #məhkəmə  

Oxunub: 2280