İki nəfəri öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib


18:01     17 Dekabr 2019 hokm%20ceza%20mehkeme_yeni3.jpg

Tərtərdə iki nəfəri öldürməkdə təqsirləndirilən Nuru Allahverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Qeyd edək ki, bu il aprelin 26-da Tərtər şəhərinin Ədalət Paşayev küçəsi, bina 8, mənzil 6 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Cavid Faiq oğlu Məmmədlinin şəhərin Vüqar Həsənov küçəsindəki ağacdan asılı vəziyyətdə meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində C.Məmmədlinin ölümünün səbəbinin intihar yox, qətl olması ilə bağlı müəyyən şübhələr yaranıb.

Əməliyyat-axtarış tədbirlərindən sonra hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu, 1980-ci il təvəllüdlü Nuru Fərman oğlu Allahverdiyev saxlanılıb.

Saxlanılan şəxsin dindirlməsi zamanı daha bir qətl törətməsi də məlum olub.

Belə ki, N.Allahverdiyev ötən ilin noyabr ayında yaşadığı evdə əlləri və ayaqları bağlanılaraq çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş Rəşad Nərimanlının qatili olduğunu etiraf edib.

Femida.az

Açar sözlər:

Oxunub: 587