Qanunsuz yolla daşınan külli miqdarda qızıl müsadirə olunub


09:35     18 Dekabr 2019 2019/12/15766444145167050518_1000x669_1576647374.jpg

Rusiya-Latviya sərhədində yerləşən “Buraçki” nəzarət-buraxılış məntəqəsində Pskov Gömrük İdarəsinin əməkdaşları Latviya vətəndaşına məxsus minik avtomobilində 161 min avrodan çox pul və 3 kiloqram qranullaşdırılmış qızıl aşkar ediblər.


Rusiya Federal Gömrük Xidmətinin Şimal-Qərb Gömrük İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, Latviya vətəndaşı Avrasiya İqtisadi Birliyinin gömrük ərazisindən çıxarkən daşıdığı mallar haqqında məlumat verməyib.

Nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman avtomobilin texnoloji boşluqlarında kupyura dəstələri və qranullaşdırılmış qızıl bağlama aşkar olunub. Rezin iplə bağlanmış və 9 bağlamaya bükülmüş 500, 200, 100 və 20 avro dəyərində xarici valyutanın ümumi miqdarı 161,460 avro təşkil edib. Polietilen bağlamaya qoyulmuş qızıl qranulların çəkisi 3,006 kiloqramdır.

Faktla bağlı cinayət işi açılıb. Latviya vətəndaşı həbs olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 627