Dünən 24 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə


11:04     18 Dekabr 2019 terror%20hebs.jpg

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dekabr ayının 17-də törədilən 13 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 728