Ali Məhkəmənin sədri vətəndaşları qəbul edəcək


11:38     18 Dekabr 2019 2019/11/ramiz-rzayev_1574841977.jpg

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 20-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Göyçay rayonunda vətəndaşları qəbul edəcək.


Ali Məhkəmənin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu Göyçay Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Göyçay şəhəri, Nəriman Nərimanov küç., 56) saat 10:30 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Göyçay Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 050 245-54-20 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1665