Saatlıda mağazadan oğurluq edən şəxs saxlanılıb


13:25     18 Dekabr 2019 2019/12/2ebff402-44d9-4945-9baf-ed512c505ee5_1576661153.jpg

Saatlı rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb.


Bu barədə Femida.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, dekabrın 16-da Saatlı rayonu Qazanbatan kənd sakini Rəhim Hüseynov Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 2000 manat olan tütün məmulatlarının, ərzaq məhsullarının, telefon danışıq kartlarının, 200 manat nağd pulun və ov silahının oğurlandığı barədə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şirinbəy kənd sakini, əvvəllər məhkum olunmuş Aynur Mövsümov saxlanılıb. Dindirilmə zamanı A.Mövsümov əməlini etiraf edib,

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 652