Vəkillər Saatlıya gedir - Əhaliyə ödənişsiz hüquqi yardım göstəriləcək


16:04     18 Dekabr 2019 19_12_18_1576670763.jpg

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsini davam etdirir.


Femida.az xəbər verir ki, 21 dekabr 2019-cu il tarixdə Şirvan Regional Vəkil Bürosu tərəfindən Saatlı rayon Gənclər Mərkəzində, saat 10:00-13:00-da Saatlı və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər: #VəkillərKollegiyası   #qanun   #hüquq  

Oxunub: 1264