Qubada silsilə oğurluq edən dəstənin məhkəməsi başlayır
18:14 18 Dekabr 2019
Qubada silsilə oğurluq edən dəstə üzvlərinin ibtidai istintaqı başa çatıb.
Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.
Hakim İlqar Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası dekabrın 27-ə təyin ediulib.
Qeyd edək ki, cinayət işi üzrə 21 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Rayon ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar edən dörd nəfərdən ibarət oğru dəstəsi bu ilin iyul ayında Quba Rayon Polis Şöbəsnin əməkdaşları tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Lerik rayonu sakinləri, 29 yaşlı Amil Vəliyev, 33 yaşlı Sadət Azadov, 31 yaşlı Təhməz Dadaşov və sonuncunun qohumu 38 yaşlı Əkbər Dadaşov törətdikləri oğurluq hadisələrini etiraf ediblər.
Dəstə üzvlərinin ətraflarında aparılan araşdırmalar zamanı məlum olub ki, onlar gecə saatlarında Quba rayonuna gələrək, burada yerləşən üç mağazaya qanunsuz daxil olmaqla, orada pul və tütün məmulatları oğurlayıblar. Oğurluq yolu ilə əldə etdikləri məmulatları Əkbər Dadaşova məxsus minik avtomobili ilə hadisə yerindən aparan dəstə üzvləri, növbəti dəfə başqa bir mağazaya daxil olmaq istəsələr də buna nail ola bilməyiblər.
Oğurluq hadisəsi zamanı əldə edilmiş pulun və tütün məmulatlarının bir qismi, eləcə də hadisə zamanı istifadə edilmiş qara maskalar, əlcəklər, kustar üsulla hazırlanmış odlu silah və digər alətlər həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Oxunub: 759
Oxşar xəbərlər
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb
- Qubada 35 yaşlı kişi qətlə yetirilib
- Qubada qadın baltalanıb, qızı anasını ölümdən xilas edib
- Qubada kişi keçmiş arvadını qətlə yetirib, sonra intihar edib
- Qubada daha 5 vəzifəli şəxsə cinayət işi başlanılıb
- Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb
- Qubada yarım kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb