Yunanıstan səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatıb


16:59     18 Dekabr 2019 XIN.jpg


Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib


XİN-dən Femida.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar.

N.Kanellos diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər arasında habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 596