Ədliyyə nazirinin müavini Qəbələdə vətəndaşları qəbul edib


17:40     18 Dekabr 2019 2019/12/edliyye-qebele-qebul_1576676371.jpg

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarının icrası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 18-də ədliyyə nazirinin müavini Toğrul Musayev tərəfindən Qəbələ şəhəri Mədəniyyət Mərkəzində vətəndaşların qəbulu keçirilib.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılaraq qaldırılan məsələlərlə bağlı nazirliyin qəbulda iştirak edən məsul işçilərinə və aidiyyəti qurumlarına tapşırıqlar verilib.
Rayon sakinləri ölkə Prezidenti tərəfindən vətəndaşların bölgələrdə qəbulu və müraciətlərinə baxılması ilə bağlı yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.

Səfər çərçivəsində həmçinin, Qəbələ “ASAN” xidmət mərkəzində ədliyyə qurumlarının fəaliyyəti və iş şəraiti ilə tanış olunub, vətəndaşlara daim qayğılı münasibət göstərilməsi, məmnunluğun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması vurğulanıb.

Femida.az

Açar sözlər: #ədliyyə   #qəbul  

Oxunub: 1286