Yevlaxda ağır yol qəzası baş verib, 3 nəfər ölüb


20:36     18 Dekabr 2019 big_1405422456_qeza.jpg

Yevlax rayonunda ağır yol qəzası baş verib.



Femida.az-ın məlumatına görə, hadisə Qaraməmmədli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mitsubishi" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb. Artıq onlardan birinin şəxsiyyəti müəyyənləşdirilib. Bu, Goranboy rayonunun Xanqərvənd kənd sakini, 1975-ci il təvəllüdlü Cəlal Şaşa oğlu Rüstəmovdur. Hazırda digərlərinin kimlikləri dəqiqləşdirilir.

Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 856