Nazirlik “Vətəndaşın büdcə bələdçisi”ni hazırladı
21:43 18 Dekabr 2019
Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət və icmal büdcələrini özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” kitabı hazırlanıb.
Nazirliyin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, kitabda dövlət və icmal büdcələrin əsas parametrləri və istiqamətləri, büdcə layihəsinin hazırlanması zamanı müvafiq işlərin həyata keçirilməsi haqqında məlumat, büdcə gəlirinin formalaşması mənbələri və xərclərin istiqamətləri haqqında əsas məlumatlar toplusu əks olunub.
Qeyd edək ki, büdcə ilə bağlı əhalinin məlumatlı olması çox mühüm məsələlərdən biridir. Lakin, büdcə olduqca mürəkkəb və xüsusi bilik tələb edən bir maliyyə sənədidir. Büdcənin strukturuna daxil olan bütün məlumatlar ilkin baxışda oxucular üçün maraqlı olmaya bilər. Belə ki, büdcə sisteminə daxil olan büdcələrin tərtibi, onların gəlir və xərclərinin, kəsirinin strukturu, gəlirlərin formalaşma mənbələri, xərclərin istifadə istiqamətləri və kəsirinin maliyyəşdirmə mənbələri üzrə çoxsaylı məlumatların təhlili xeyli vaxt tələb edir.
Bütövlükdə dövlət və icmal büdcələrinin gəlir və xərcləri barədə qısa və anlayışlı məlumatın əldə edilməsi, büdcənin mahiyyəti, onun parametrlərinin tərtibi və icrası prosesi ilə bağlı əhalinin maarifləndirilməsi, dövlətin büdcə siyasətinin daha sadə dildə açıqlanması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Vətəndaşın büdcə bələdçisi” kitabı vətəndaşların ixtiyarına verilir. Bu məlumat toplusu vətəndaşlara büdcə sahəsində bələdçilik edəcək, büdcəni daha asan və aydın şəkildə başa düşülməsində yardımçı olacaq.
Dövlət və icmal büdcələrin layihələrinin əhali ilə geniş ictimai müzakirələrin təmin edilməsi, onların bu müzakirələrdə yaxından iştirakının təşkili üçün 2020-ci il dövlət və icmal büdcələrinin layihələri üzrə göstəricilər Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriib.
Femida.az
Oxunub: 744
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib
- Nazirlik təhrif olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlayıb
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib