4 nəfərin yaralandığı silahlı insidentlə bağlı cinayət işi başlanıb


09:16     19 Dekabr 2019 19_12_19_1576732620.jpg

Balakəndə 4 nəfərin xəsarət aldığı silahlı insidentlə bağlı cinayət işi başlanıb.



Femida.az -ın məlumatına görə, rayonun Yeni Şərif kəndində 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədiyyə oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhməd Bağmanovu güllələyib. Ov tüfəngindən açılan atəşdən sonra ətrafa yayılan qırmalar 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicə Əhməd qızı Baydarova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbovadu da yaralayıb.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.



Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və zəruri ekspertizalar təyin edilib.

Açar sözlər:

Oxunub: 467