“ASAN xidmət”ə 35 milyonuncu müraciət qeydə alınıb
11:40 19 Dekabr 2019
“ASAN xidmət”ə 35 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
Femida.az xəbər verir ki, həmin müraciət 5 saylı Bakı "ASAN xidmət" mərkəzinə Ziya İslamov və Leyla İslamova tərəfindən edilib. Onlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nikahın qeydə alınması xidmətindən yararlanıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İslamovlar ailəsini bu münasibətlə təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırıb.
Hazırda ölkədə 16 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
Femida.az
Oxunub: 583
Oxşar xəbərlər
- “ASAN xidmət” mərkəzlərində iş başladı
- “ASAN xidmət”in fəaliyyəti BMT-nin qlobal nəşrində
- “ASAN İmza” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edilib
- “ASAN Xidmət”ə yeni səlahiyyət verilib
- “ASAN xidmət”ə 5,7 milyon müraciət daxil olub
- “ASAN xidmət”in bu əməkdaşları təltif olundu
- “ASAN xidmət” vətəndaşlara müraciət edib
- “ASAN xidmət” və "ASAN Kommunal" noyabrın 9-u işləməyəcək
- “ASAN xidmət”in 36 əməkdaşı könüllü ordu sıralarına qoşuldu
- “ASAN müraciət” informasiya sistemi yaradılır