Vəkilliyə qəbul üçün növbəti imtahan tarixi AÇIQLANDI


16:10     19 Dekabr 2019 19_12_19_1576757641.jpg


Vəkilliyə qəbulla bağlı növbəti imtahan keçiriləcək.

Bu barədə Femida.az-a Azərbaycan Respublikası Vəkillər Kollegiyasından məlumat verilib. Məlumata görə, 31 yanvar 2020-ci il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində təşkil olunacaq və kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcək imtahanda 245 namizəd iştirak edəcək.

Əlavə olaraq bildirilir ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək istəyən namizədlər, daimi əsaslarla davam edən sənəd qəbulunda 192 namizədin sənədinin qəbul olunduğunu və yerlərin məhdud olduğunu nəzərə almalıdır.

Əlavə məlumat üçün namizədlər +994 12 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilər.

Femida.az

Açar sözlər: #vəkil   #imtahan   #kollegiya  

Oxunub: 2161