Əhalinin alıcılıq qabiliyyəti niyə aşağı düşüb? – AÇIQLAMA

Əhalinin alıcılıq qabiliyyəti niyə aşağı düşüb? – AÇIQLAMA


21:16     24 Noyabr 2015 9D062E9C-DBD8-4B7D-9B8F-24BB16FEDC79_mw1024_s_n.jpg

Bu ilin fevral ayında baş verən milli valyutanın devalvasiyası, dünya bazarında neftin ucuzlaşması, son günlər baş verən qiymət artımı bazarlarda əhalinin alıcılıq qabiliyyətinə təsir edib.


Femida.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə buna səbəb kimi dünyada neftin ucuzlaşması və bunun iqtisadiyata təsiri ilə əlaqələndirir :

“Dünyada neftin ucuzlaşması bir çox ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Ölkədə müxtəlif sahələrdə, xüsusən də biznes sahəsində, daşınmaz əmlak bazarında, iri ticarət mərkəzlərində müəyyən durğunluq müşahidə olunur, əhalinin alıcılıq qabiliyyəti zəifləyib. Azad İstehlakçılar Birliyinə gələn şikayətlərin və bazarlarda keçirdiyimiz sorğuların nəticələri göstərir ki, doğrudan da bazarlarda alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Burada əsas səbəblərdən biri son vaxtlar bəzi dövlət və qeyri-dövlət təşkilatlarında müxtəlif müxtəlif adlarla ixtisarların aparılımasıdır. Bu gün bu ən ciddi məsələlərdəndir”.



Birlik sədri alıcılıq qabiliyyətinin zəifləməsinə digər bir səbəb kimi bazarlarda süni qiymət artımlarını göstərir:

“Təsadüfi deyil ki, ölkə prezidenti 14 yanvar 2011-ci il tarixində Nazirlər Kabinetinin yığıncağında süni qiymətlərin mövcudluğunu dilə gətirdi. Bu barədə dövlət orqanlarına tapşırıqlar verdi. Cənab Prezident ondan sonra da ardıcıl bu məsləyə toxunub. Yəni, süni qiymət artımları qiymətlərin alıcılıq abiliyyətinin aşığı düşməsinə səbəb olub. Eyni zamanda Prezidentin sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması, lisenziyaların azaldılması ilə bağlı imzaladığı fərman çox yerinə düşdü. Düşünürəm ki, ölkə prezidentinin fərmanları effektiv şəkildə yerinə yetirilərsə, təxminən malların və xidmətlərin qiyməti 20 faiz aşağı düşəcək”.

E.Hüseynov prezidentin son fərmanlarından sonra istehlakçılar arasında marifçiliyin artırılması istiqamətində layihələrə başladığını da deyib və bildirib ki, sahibkarlar belə bir əlverişli şəraitdən sui-istifadə etməməli və istehlakçı hüquqlarını pozmamalıdırlar.

“Onu da qeyd edim ki, dövlət qurumlarının yoxlamalarla bağlı fəaliyyətlərinin məhdudlaşdırılması çox yaxşı addımdır və hesab edirəm ki, belə bir addım qiymətlərin aşağı düşməsinə şərait yaradacaq. Bu da öz növbəsində əhalinin alıcılıq qabiliyyətinə təsir edəcək ”.

Şahverdi Şirinli

Femida.az

Açar sözlər:

Oxunub: 2552