YAP-dan Məleykə Ağayevanın oğlu ilə bağlı - Açıqlama
17:22 19 Dekabr 2019
"Vəzifəsindən və səlahiyyətlərindən asılı olmayaraq, hər bir şəxs qanun qarşısında cavab verməlidir".
Femida.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzovun sözlərinə görə, ölkə ərazisində yaşayan hər bir şəxs Azərbaycan Respublikasının qanunları qarşısında bərabərhüquqludur:
"Hansı partiya üzvlüyündən, hansı peşə sahibi olmasından, hansı vəzifəni daşımasından asılı olmayaraq, əgər şəxs cinayət törədibsə və bu, məhkəmə qaydasında sübuta yetirilirsə, o, məsuliyyət daşıyır. Yeni Azərbaycan Partiyasının mövqeyi həmişə belə olub. İstər YAP üzvü olsun, istər digər siyasi partiya təmsilçisi, fərqi yoxdur. Onlar da hər bir sadə vətəndaşlar kimi eyni hüquqa malikdir. Bu baxımdan da partiya təmsilçiləri qarşısında belə bir məsələ qoymuşuq ki, siz çox ciddi məsuliyyət daşıyırsınız. Bəzən görürsən ki, ayrı-ayrı siyasi partiyaların nümayəndələri bu və ya digər şəkildə ictimai təhlükəli əməl törədirlər və partiya qalxanının arxasında gizlənməyə cəhd edirlər. İfşa olunduqda isə həmin partiya rəhbərləri Avropa Şurasına, başqa-başqa qurumlara müraciətlər edirlər. Onlar istəyirlər ki, törətdikləri əməli ört-basdır etsinlər".
YAP funksioneri əlavə edib ki, demokratiya, insan hüquq və azadlıqları hər bir şəxsin törətdiyi əmələ görə cavabdehlik daşımasını tələb edir. O baxımdam, Yeni Azərbaycan Partiyasının hər bir üzvü də qanun qarşısında bərabərdir.
Qeyd edək ki, bu gün Sabirabad rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik maddə aşkarlanıb.
Saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.
Femida.az
Oxunub: 1185
Oxşar xəbərlər
- YAP-a yeni sözçü təyin edilib
- Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir
- Britaniya, ABŞ, Kanada və Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub
- Yaponiya İmperatoru Azərbaycan Prezidentini təbrik edib
- Yaponiya Rusiyanın Baş naziri daxil olmaqla 130-dan şəxsə qarşı sanksiyalar tətbiq edib
- Rusiya Yaponiya Baş nazirinə sanksiya tətbiq edib
- Yaponiya Rusiyaya zinət əşyalarının ixracına qadağa qoyacaq
- XİN sözçüsü: "Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil”
- Yaponiya sahillərində gəmi yanaraq batıb, ölən, itkin düşənlər var
- Tağı Əhmədov YAP-ın binasında adam döyübmü? - 2 milyonluq məhkəmənin detalları