Parlament seçkilərində pulsuz efir vaxtı və KİV-lərin adı açıqlandı - SİYAHI
20:22 19 Dekabr 2019
Mərkəzi Seçki Komissiyası (MSK) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq kütləvi informasiya vasitələrinin adlarını açıqlayıb.
MSK-dan Femida.az -a verilən məlumata görə, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:
- İctimai Televiziya və Radio Yayımları Şirkəti;
- "Azərbaycan” qəzeti;
- "Xalq qəzeti”;
- "Bakinski raboçi” qəzeti.
Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.
Femida.az
Oxunub: 617
Oxşar xəbərlər
- Parlament güclü təsir edən maddələri satanların 10 il həbs olunmasına dair layihəni qəbul edib
- Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib
- Parlamentin komitə iclaslarının vaxtı açıqlanıb
- Parlament hərbçilərin sığortası ilə bağlı layihəni qəbul edib
- Parlament növbəti ilin yaşayış minimumunu təsdiqləyib
- Parlament gələn ilin büdcə zərfini müzakirə edir
- Parlament 18 Oktyabrla bağlı layihəni qəbul edib
- Parlamentin növbədənkənar sessiyası başa çatıb
- Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- Parlament binasına ildırım düşdü