17 yaşlı qızı vurub öldürən avtobus sürücüsünün məhkəməsi keçirilib


22:13     19 Dekabr 2019 mehkeme7.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sərxan Səfərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Femida.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası 2020-ci il yanvarın 9-a təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakının Sabunçu rayonu ərazisində baş verib. Ramana qəsəbəsində 204 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən 17 yaşlı Vəliyeva Fatimə Maarif qızını vurub. Kəllə-beyin travması və bədənin müxtəlif zədələri diaqnozu ilə xəstəxanaya yerləşdirilən F.Vəliyeva dünyasını dəyişib.

Avtobusun sürücüsü S.Səfərova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 669