Qatarların hərəkətində problem yaranıb


09:06     20 Dekabr 2019 metro.jpg

Saat 07:00 radələrində Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında qatarların birində texniki nasazlıq yaranıb



Femida.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov əlavə edib ki, həmin qatar depoya sərnişinsiz göndərilib: "Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Nəticədə qırmızı xətt üzrə, yəni "İçərişəhər" metrostansiyası istiqamətində hərəkət edən qatarlarda 8 dəqiqəlik yubanma yaranıb. Yubanma interval olaraq 2 qatar arasında olub. Hazırda dispetçerlər intervalın normaya qaytarılması ilə bağlı işlər görür. Tezliklə hər şey normasına düşəcək".

Açar sözlər:

Oxunub: 600