Vəkillər Kollegiyasının tərkibində yeni qurum yaradılır - Aztəminatlı şəxslər üçün


10:27     20 Dekabr 2019 VEKILLER.jpg

"Vəkillər Kollegiyası olaraq ölkənin hüquq sisteminin tərəqqisinə xidmət göstərən Cənab Prezidentin fərmanını alqışlamışıq. Vəkillik Tarixində ilk dəfə olaraq dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsait birbaşa Kollegiyanın hesabına köçürüləcək".


Femida.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O, bildirib ki, gələn həftə Kollegiyanın yeni qurumu - "Hüquqi yardım və təlim mərkəzi" yaradılacaq:

"Bizim Rəyasət Heyətinin keçmiş binasında yeni qurum yaradılacaq. Hansı k, bu qurum sırf dövlət hesabına göstərilən hüquqi yardım məsələlərinə nəzarət edəcək. Burda əsas məqsəd odur ki, imkansız, aztəminatlı şəxslər keyfiyyətli hüquqi yardımla təmin olunsun. Çünki vətəndaş keyfiyyətli hüquqi yardım görməyəndə həm vəkilliyə, həm məhkəməyə inamı ölür. Əminəm ki, bu mərkəz sayəsində mövcud sahədəki problemlər aradan qaldırılacaq".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Vəkillər_Kollegiyası  

Oxunub: 5232