Bazar ertəsi “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür


10:42     20 Dekabr 2019 asan%20xidemet-femida.jpg

Dekabrın 23-də Azərbaycan Respublikasının bələdiyyə seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Femida.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Müvafiq tarixdə “ASAN Xidmət” mərkəzlərində yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə vətəndaşlara hazır sənədlərin təhvil verilməsi həyata keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 517