Məhkəmədə müddət narazılığı aradan qalxır - Özəl ekspertlərə 3 günə cavab veriləcək


13:03     20 Dekabr 2019 19_12_20_1576833878.jpg


Özəl ekspertiza xidmətinin yaradılması ekspertiza müddətləri ilə bağlı narazılıqları aradan qaldıracaq.


Femida.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib.

Onun sözlərinə görə, əvvəllər ekspertiza aparılması müddəti göstərilmirdisə, yeni fərmanla artıq müddət müəyyən olunub:

"Ekspertizanın icra müddəti ilə bağlı əvvəllər yubanmalar olurdu. Yeni dəyişikliyə görə, ekspertiza müddəti iş ekspertizaya təqdim olunan gündən hesablanır. Ekspert 5 gün müddətində nəticələr barədə məhkəmədə vəsatət qaldırmalıdır. Məhkəmə isə 3 gün ərzində ekspertiza müəssisəsinə vəsatəti təmin edib-etməyəcəyi barədə məlumat verməlidir. Vəsatət təmin olunana qədər icra dayandırılır. Bu, məhkəmə ekspertiza sahəsində inqilabi addımdır".

Amin Nəzərli

Femida.az

Açar sözlər:

Oxunub: 2562