Çayda palçığa batan şəxs xilas edilib


15:39     20 Dekabr 2019 2019/12/balota_201219_1576841934.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Ağsu rayonunun Ərəbmehdibəy kəndində, Girdimançay çayının sahilində bir nəfərin palçığa bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.



FHN-dən Femida.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 592