Keçmiş məhkum İranla sərhədini pozarkən saxlanılıb


15:39     20 Dekabr 2019 2019/12/7c3dd7e2-4128-4f40-9abf-b0d388a3d784_1576842124.jpg

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ya­xın­lığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tə­rə­fin­dən 1 nəfər naməlum şəxsin Azərbaycandan İran İslam Respublikası istiqa­mətində döv­lət sərhədini pozması müşahidə olunub­ və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cusu saxlanılıb.


DSX-dan Femida.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı saxlanılan şəxsin Cəlilabad rayon sakini 1973-cü il təvəllüdlü İbrahimov Zahid Eldar olduğu məlum olub.

Araşdırma zamanı Z.İbrahimovun 2018-ci ildə oğurluğa görə məhkum olunması və 2019-cu ilin iyun ayında vaxtından əvvəl şərti azadlığa buraxılması müəyyən edilib.

Bundan başqa, Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xid­məti sahəsində Azərbaycandan Rusiya Federasıyası istiqa­mətində dövlət sərhədinin pozulması aşkar olunub, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­ıb. Görülən tədbirlər nəticəsində Qusar rayonunun Samur çay yatağında Əlcəzair Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Lahlah Djamal sərhəd pozucusu qismində sax­lanılıb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 840