Eyvazov daha bir polis bölməsinə rəis təyin edib


16:25     20 Dekabr 2019 2019/07/vilayet_eyvazov_1562763735.jpg


Daxili işlər orqanlarında daha bir kadr təyinatı olub.


Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Tural Məşədiyev təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a fakt təsdiqlənib.

Xatırladaq ki, bundan əvvəl 15 və 42-ci Polis bölmələrinə yeni rəis təyin edilmişdi.

Femida.az

Açar sözlər: #polis  

Oxunub: 688