Məhkum qadınlarla bağlı YENİLİK


17:15     20 Dekabr 2019 2019/12/qadin-hebs_1576847798.jpg

4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən qadınların azadlığa hazırlanması, azad olunduqdan sonra qısa müddətdə işlə təmin olunmalarına kömək məqsədilə onların istək və peşə imkanları nəzərə alınaraq məhkumluq müddətini bitirməyə 3 ay qalmış məhkum qadınlarla sahibkarlıqla məşğul olan qadınlar arasında gələcək fəaliyyətin qurulması nəzərdə tutulub.



Femida.az -ın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ilin yekunları ilə bağlı hesabatında məlumat verilib.

Qeyd edilib ki, əməkdaşlığın səmərəli qurulması üçün ilkin olaraq məhkum qadınlar haqqında (onların peşə fəaliyyətini, eləcə də maraq və istəklərini nəzərdə tutan) sorğu-anketlər doldurulub və komitə vasitəsilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasına yönəldilib.



4 saylı Cəzaçəkmə Müəssisəsində komitənin nümayəndələrinin və bir qrup sahibkar qadının iştirakı ilə məhkum qadınlarla görüş çərçivəsində gələcək fəaliyyətin davamı olaraq işçi qrupunun yaradılması qərara alınıb.

Açar sözlər:

Oxunub: 635