447 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib


17:58     20 Dekabr 2019 secki_01487.jpg

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 802 namizəd müraciət edib.

Femida.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədlərin 123 nəfəri 8 siyasi partiya tərəfindən irəli sürülüb.

Dörd nəfər təşəbbüs qrupları tərəfindən, 675 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.

Fərdi qaydada namizədliklərini irəli sürənlərdən 291 nəfərinin 16 siyasi partiyaya mənsubiyyəti var.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərdən 447 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 339 nəfəri isə imza vərəqələrini artıq götürüb.


Femida.az

Açar sözlər:

Oxunub: 766


Oxşar xəbərlər