Prezidentin köməkçisi Darxan Kıdırali ilə görüşüb


09:52     21 Dekabr 2019 2019/12/0d044946-2178-4b93-8fbf-0a42dc507ceb_1576907618.jpg

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırali ilə görüşüb.


Femida.az xəbər verir ki, görüşdə BTA-nın gördüyü işlər nəzərdən keçirilib və gələcək planlar müzakirə edilib.

Prezidentin köməkçisi Akademiyanın işini yüksək qiymətləndirib və Azərbaycan tarixinin birlikdə öyrənilməsi təklifini alqışlayıb.

D.Kıdırali Akademiyanın sənədlərini ilk dəstəkləyən və təsdiqləyən ölkə kimi Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 667