Axtarışda olan azərbaycanlı Volqoqradda saxlanılıb


11:30     21 Dekabr 2019 hebs_58.jpg

Axtarışda olan azərbaycanlı Rusiyanın Volqoqrad şəhərində saxlanılıb.


Femida.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Volqoqrad Baş Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, vəzifə səlahiyyətlərini aşmaqda və pul tələb etməkdə şübhəli bilinərək Azərbayan hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş şəxs Volqoqrad polisinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən tutulub.

"Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları, Azərbaycan Respublikasından olan həmkarlarına kömək edərək, xarici dövlətin axtarışda olan bir əsgərini saxlayıblar", - deyə məlumatda qeyd olunub.

Hazırda tutulan şəxsin Azərbaycana təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 737